Wähle ein anderes Land oder eine andere Region, um Inhalte für deinen Standort zu sehen. Select another country or region to see content for your location. Seleccione otro país o región para ver el contenido de su ubicación. Selecteer een ander land of een andere regio om de inhoud van uw locatie te zien. Vælg et andet land eller område for at se indhold, der er specifikt for din placering. Voit katsoa paikallista sisältöä valitsemalla jonkin toisen maan tai alueen. Choisissez un pays ou une région pour afficher le contenu spécifique à votre emplacement géographique. Επίλεξε μια άλλη χώρα ή περιοχή, για να δεις περιεχόμενο σχετικό με την. Scegli il Paese o territorio in cui sei per vedere i contenuti locali. 別の国または地域を選択して、あなたの場所のコンテンツを表示してください。 Velg et annet land eller region for å se innhold som gjelder der. Escolha para ver conteúdos específicos noutro país ou região. Välj ett annat land eller område för att se det innehåll som finns där. Konumunuza özel içerikleri görmek yapmak için başka bir ülkeyi veya bölgeyi seçin. Chọn quốc gia hoặc khu vực khác để xem nội dung cho địa điểm của bạn

Yağdəyişmə lazımdır? Gəlin başlayaq.

Yağdəyişmə vaxtıdır? O zaman LIQUI MOLY arzularınızı gerçəkləşdirəcək! Çünki biz avtomobillərin nə istədiyini bilirik və dünyada hər bir avtomobil üçün ən uyğun yağı təklif edirik. Həmişə ən üstün keyfiyyət! Sizin avtomobiliniz üçün də hər zaman Made in Germany. Mühərrikinizə nə lazımdırsa tam dəqiq onu veririk.

Yağ dəyişmək üçün LIQUI MOLY-ni seçin.

Bir arzu,

bir marka. 

Sürülən hər vasitə LIQUI MOLY-nin yağları, qatqıları və qulluq vasitələri ilə daha yaxşı işləyir.

Tam məhsul çeşidi

4000-dən çox ən yüksək keyfiyyətli məhsul

çeşidi-hamsı bir əldən

Bir dünya markası

Dünyanın 150-dən

çox ölkəsində

Ən yaxşı brend

İllərdir

oxucu sorğularının qalibi

Barselandakı əfsanəvi Formula 1® yarışına səyəhət qazanın!

LIQUI MOLY-ilə yağdəyişmə hər zaman bir uduşdur. Bizim dünya brendi ilə yaxından tanış olun və aviabilətlər, otel və yemək xərcləri daxil kral yarışları sayılan Formula 1®-ə 2 nəfərlik möhtəşəm bir həftəsonu tətili qazanmaq şansı əldə edin.

İspaniya sizi gözləyir. Bəs siz nə gözləyirsiniz?

Qatılmaq üçün: sadəcə 31 dekabr 2024 ilə qədər bizim sorğumuzda İndi iştirak edin, kontakt formunu doldurun və 2025-ci ildə sahilyanı Barselona şəhərinin Barselona-Kataloniya trassasında keçirilən İspaniya F1 Qran-Prisinə səyahət şansı qazanın.

LIQUI MOLY sayəsində bütün arzular yerinə yetir

Avtomobilinizin mükəmməl işləməsi üçün düzgün motor yağı seçimi vacibdir. Çünki günümüzdə mühərrik yağları müəyyən avtomobil modelləri üçün xüsusi olaraq hazırlanmış yüksək texnoloji məhsullardır - fərdi şəkildə təchiz edilən ehtiyat hissələridir. Buna görə də həmişə yadda saxlayın: Sizin avtomobiliniz sadəcə hər hansı bir avtomobil deyil. Ona görə də sıradan hər hansı bir yağı alıb istfidadə etməyin. LIQUI MOLY həmişə mühərrikinizə uyğun motor yağı təklif edir.

Hər yağ eyni deyil

Mühərrik avtomobilinizin ürəyidir. Yağ isə onun qanıdır. Mühərriklərin sürətli inkişafı ilə əlaqədar yağa olan tələblər də artır. İndi o sadəcə yağlama və soyutmadan daha çox iş görməli: yüksək temperatur və təzyiqlərdə də işləməlidir. O, mühərriki yanma qalıqlarından, aşınmadan, turşulardan, sudan və yanacaq hissəciklərindən təmizləməlidir.  Mühərriki korroziyadan qorumalı və onun hermetikliyini təmin etməlidir.

Hər bir mühərrik fərqlidir və yağ üçün xüsusi tələbləri var

Aşağı keyfiyyətli və ya hətta yanlış yağdan istifadə məsrəfli nəticələrə səbəb ola bilər: Zəmanətin itirilməsi, yanacaq sərfiyyatının artması, nasazlıq riskinin artması, mühərrikin ömrünün azalması, qurum filtrinin və katalitik neytrallaşdırıcının sıradan çıxması və hətta mühərrikin ciddi zədələnməsi. Avtomobiliniz üçün hansı yağ uyğundur? Biz bilirik. Yağ dəyişərkən ən yaxşısına güvənin və LIQUI MOLY-nin ən yüksək keyfiyyətinə - Almaniya istehsalı olan mühərrik yağlarına etibar edin!

Hər bir avtomobil üçün düzgün motor yağı

Bizim mühərrik yağlarımız alman və digər avtomobil istehsalçılarının  çoxsaylı təsdiqlərinə malikdir və ya onların tələblərini yerinə yetirmək üçün xüsusi olaraq hazırlanmışdır. Və hətta bu məsələdə də yağlar arasında fərqlər var: İstehsalçının təsdiqi o deməkdir ki, yağ müəyyən minimum tələblərə cavab verir. Lakin biz bu tələblərdən kənara çıxırıq və hətta istehsalçının spesifikasiyalarını aşan və bütün iş şəraitlərində kifayət qədər güc ehtiyatı təklif edən yağlar hazırlayırıq.